Kəndin adı:
Qızılavar
Əhalisi:
2479 nəfər.
Ərazisi:
523 hektar.
Coğrafi mövqeyi:
Qızılavar kəndi Talış dağları ilə Xəzər dənizi arasında Masallı rayonun Ərkivan-Boradigah-Rüdəkənar şose yolunun üstündə yerləşir. Rayon mərkəzindən 5-6 km aralıdır. Şosse yolu kəndi iki hissəyə bölür: Şərq hissə məzə sahəsi adlanır, əsasən çökəklik və düzənlikdir. Qərb hissə bandaro (dağ yolu) adlanır. Bu ərazi nisbətən hündürdür, əsasən təpəliklərdən ibarətdir. Kəndin cənubundan Qodman çay axır.
Kənddəkilərin əsas məşğuliyyəti:
Heyvandarlıq, taxılçılıq və ticarət kəndin əsas məşğuliyyət sahələridir.
Həmsərhəd kəndləri:
Qızılavar kəndi qərbdən Kolatan və Bala Kolatan kəndləri ilə, şərqdən Çayqıraq kəndi ilə, şimaldan Dəlləkoba və Pircana kəndləri ilə, cənubdan Aşurlu, Bədəlan kəndləri ilə həmsərhəddir.
Kəndin adının mənası:
Bir çox qaynaqlarda elmi ədəbiyyatlarda Qızılavar “Gızılovo” və “Qızılabad” şəkilində qeyd olunur. Bu toponimin “qızıl küləkli yer” və “isti küləkli yer”, “qızıl rəngli yer”, “Qızıl torpaqlı yer” və sair mənaları vardır.
Kəndin tarixi abidələri:
Qızılavar qəbristanlığı - Qoçabəy təpəsi adlanır, kurqandur.
Qızılavar kəndinin Toyba məhəlləsindəki məscid. XIX əsrə aid tarixi abidə, təmir olunub.
Qızılavar kəndinin Peysə məhəlləsindəki məscid. Təzə tikilib.
Piə Seydi Ğəb ocağı - Pirani seyidin dəfn olunduğu yer. Ocağın dəqiq tarixi məlum deyil. Yaşlı sakinlərin dediklərinə görə buralardan keçən, yaxud bu ətrafda yaşayan qoca seyid burada vəfat etmiş və dəfn olunmuşdur. Qəbirin üstündə daş qoç başı fiquru vardır. Bəlkə də bu başdaşıdır. Qoca seyidin kəndin ilk sakinlərindən olduğu da söylənilir. Həmin qəbir istilin içində kiçik bir təpədə yerləşirdi, ətrafı su bassa da təpəyə su çıxmazmış. Bu müqəddəs yerə qonşu rayon və kəndlərdən də adamlar ziyarətə gələrmiş, indi də gəlirlər. Hal-hazırda ocağın ətrafı abadlaşdırılıb.
Qızılavar qəbristanlığındakı 1795-ci ilə aid daş kitabə - baş daşı. Nəbati elementlərdən istifadə olunaraq yazılan və gözəl ornamentə oxşayan kitabənin mətni belədir: “Hüvəl-baqi. Molla şüca ad-Din ibn Aşur bək. Vəfatuhu fi şəhri rabi”səni, mutabiq sənə 1210-O (Allah) əbədidir. Aşur bəy oğlu Molla Şücaəddin. Vəfatı 1210-cu il rabi səni ayı (1795, oktyabr)
Ləm - yay istirahəti üçün ətrafı açıq olan iki mərtəbəli tikili. Kəndimizdə belə tikililər çox olmuşdir. Hazırda Nüsrətin ləmi kimi tanınan bir ləm qalmışdır.
Mədəli Hüseynin evi - iki mərtəbəli ev. 300 ilə qədər tarixi var. “Mədəli Hüseyni evi”nin birinci mərtəbəsi çiy kərpicdən hörülmüşdür. Divarın qalınlığı 60 sm-dən çoxdur. Otaqlarda qab-qacaq qoymaq üçün xeyli rəflər düzəldilmişdir. Evin ikinci mərtəbəsi ağacdan,taxta parçalarından tikilmiş, onların araları samanla qarışdırılmış palçıqla doldurulmuşdur. Divarın üstü palçıqla suvanmışdır.İkinci mərtəbənin tavanı da pqlçıqla suvanıb ki, evə soyuq daxil olmasın. Evin damı kirəmitlə örtülmüşdür. Damın ətrafında taxta üzərində bəzəklər vurulmuşdur. Uzun illərin zəlzələri, tufanları, küləkləri evə zərrə qədər təsir etməmişdir.
1941-1945 ci illərdə Böyük Vətən Müharibəsində həlak olanlaın xatirəsinə ucaldılmış abidə.
Qızılavar kənd ümumi orta məktəbin hazırki binası. 1956-cı ildən məktəb bu binaya köçürülüb
Kənddə ilk məktəbin açılması:
İlk məktəb binası 1930- cu ildə tikilib. Bu məktəb binası əvvəl üç otaqlı, sonra altı otaqlı olmuşdur. Bu məktəbin tikintisində kənd sakini Soltan Axundovun xidmətləri böyük olmuşdur.
Kəndin ilk Ali təhsillisi:
Əlövsət Axundov 1920-ci illərin əvvəllərində Leninqradda (Sank-Peturburq) Ali iqtisad təhsili almışdır. Vətənə qayıdarkən xəstələnib, vəfat etmişdir.
Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında:
Mirzəyev Əfqan Tərlan oğlu
03 yanvar 1973-cü ildə Masallı rayonun Qızılavar kəndində anadan olmuşdur. 1988-ci ildə Qızılavar kənd orta məktəbin VIII sinfini bitirmişdir. Sonra 137 saylı Bədəlan kənd Texniki Peşə məktəbində təhsil almışdır. O 1991-ci ilin yazında ordu sıralarına çağırılmışdır. Ağdam bölgəsinin Şahbulaq, Xındırıstan, Şelli, Muğanlı və Qasımlı kəndlərinin ermənilərdən müdafiə ulunmasında fədakarlıq göstərmişdir. Uzundərə uğrunda gedən döyüşdə onun idarə etdiyi tank minaya düşmüş özü və iki yoldaşı yaralanmışdır. O bir müddət müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə qayıtmışdır. Əfqan Mirzəyev 1993-cü il iyulun 18-də Ağdamın Qasımlı kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur. Subay idi. Qızılavar kənd qəbiristanlığında dəfn olunmuşdur. Hazırda Qızılavar kənd tam orta məktəbi onun adını daşıyır.
Böyük Vətən müharibəsində iştirak edənlər: 115 nəfər
Həlak olanlar - 54 nəfər
Sağ qalanlar - 2 nəfər
Kəndin ziyalıları haqqında:
Payızov Müqəddəs Güləli oğlu
şərqşünas, filologiya elmləri namizədi. O 1946-cı ildə Masallı rayonun Qızılavar kəndində anadan olmuşdur. 1952-1959-cu illərdə Qızılavarda, 1959-1963-cü illərdə qonşu Bədəlan kəndində təhsil almış, orta təhsili başa vurmuşdur. 1963- cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsinə daxil olmuşdur. Azərbaycan Televiziyasında ərəb dilində verilişlər redaksiyasında, Əlyazmalar İnstitutunda işləmişdir. “XVI əsr türkdilli əlyazma abidəsi “Tərcüman-əs Sihan”-ın dil və kaleoqrafik təhlil” mövzusunda elmi iş yazmış, müdafiə etmiş və elmlər namizədi adını almışdır. Azərbaycan Elmlər Akademiyası Əlyazmalar İnstitutunda Baş elmi işçi işləmiş, 35 elmi məqalənin müəllifi, 8 kitabın tərtibçisi, bir neçə kitabın tərcüməçisidir.
Payızov Cəmil Nəbiəli oğlu
1955-ci ildə Masallı rayonun Qızılavar kəndində anadan olmuşdur. Hazırda Maliyyə Nazirliyində işləyir
Ağayev Elnur Xanəli oğlu
1971-ci ildə Masallı rayonun Qızılavar kəndində anadan olmuşdur. Qızılavar kənd məktəbini bitirmişdir. Sovet ordusunda xidmət etmişdir. 1992-ci ildə Ankara şəhərində Hacıtəpə Universitetinin tarix fakültəsinə dail olmuş, 1997-ci ildə Hacıtıpə Universitetini bitirmişdir. “Yeni Türkiyə” nəşriyyatında uzun müddət işləmişdir. Hal-hazırda Kıprız Respublikasında “Avropa” Universitetində müəllim işləyir. Tarix elmləri namizədir.
Elmlər doktoru: Əzizov Vəsadət Əli oğlu
Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb elmləri doktoru, professor. 1955-ci ildə Masallı rayonun Qızılavar kəndində anadan olmuşdur. 1972-ci ildə Ə. Mirzəyev adına Qızılavar kənd tam orta məktəbini bitirmiş, Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuşdur. 1978-ci ildə universiteti bitirdikdən sonra bir il 1 saylı Bakı şəhər klinik xəstəxanasının bazasında internatura kursunu bitirmişdir. 1979-1983-cü illərdə Naxçıvan Respublika xəstəxanasında həkim (terapevt, kordioloq) vəzifəsində çalışmışdır. 1983-cü ildə Azerbaycan Dövlet Tibb Universitetinə “Daxili xəstəliklər” ixtisası üzrə aspiranturaya daxil olmuş və 1985-ci ildə Moskva şəhər Ümumittifaq Kardioloji Elmi Mərkəzində müvəffəqiyyətlə və vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə etmişdir. 1985-1990-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində əvvəl baş laborant, sonra isə assistent vəzifəsində işləmişdir. 1990-cı ildə Moskva şəhər Ümumittifaq Kardioloj Elmi mərkəzinə məqsədli doktoranturaya göndərilmişdir. 1993-cü ildə V. Əzizov doktorluq dissertasiyasını müdafiə etmiş və 1994-cü ilədək Azerbaycan Dövlət Tibb Üniversitetinin Pediatriya fakültəsinin Daxili Xəstəliklər kafedrasında assistent vəzifəsində çalışmışdır. 1994-cü ilin iyun ayının 22-dən 1998-ci ilin oktyabr ayının 12-dək akademik J. Abdullayev adına Elmi-tədqiqat Kardilogiya institutunun direktoru vəzifəsində işləmişdir. Hazırda Azerbaycan Dövlət Tibb Üniversitetinin Daxili xəstəliklər kafedrasının müdürüdür. İngilis və fransız dillərini bilir. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.160-dan çox elmi əsərin, o cümlədən 6 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. Əsərləri dünyanın bir çox ölkəsində çap olunmuşdur. Beynəlxalq konqreslərdə iştirak etmiş, bir sıra bölmə iclaslarında sədrlik etmişdir. Evlidir, iki övlad atasidir.
Kəndin din xadimləri:
Axundov Allahqulu
İranda təhsil almışdır. Böyük din xadimi olmuşdur. Çoxlu dini kitablar yazmışdır. İranda yaşamış, hazırda vəfat etmişdir.
Axundov Möhsün Bakıda Qazi vəzifəsində işləmişdir.
Molla Eynulla
öz evində və Aşurlu məscidində dərs deyib. Qızılavar kəndində məscidin tikintisində xidmətləri olmuşdur. 1920- ci illərin əvvəllərində vəfat etmişdir.
Molla Muxtar Eynulla oğlu
İran İR-da təhsil almışdır. Orada yaşayıb vəfat etmişdir. Molla Mirzəcan - öz dövründə yeni doğulmuş uşaqların qeydiyyatını aparmış Qızılavar məscidinə minbər bağışlamışdır.
Ölkədən kənarda yaşayan kənd xeyriyyəçiləri haqqında:
Əliyev Qardaşxan Sərxan oğlu
Masallı rayonun Qızılavar kəndində anadan olmuşdur. Hal-hazırda Rusiya Federasiyasında sahibkarlıqla məşğul olur.
Fətullayev Həbib Nübuvvət oğlu
Masallı rayonun Qızılavar kəndində anadan olmuşdur. Hal hazırda Rusiya Federasiyasında sahibkarlıqla məşğul olur.
Kəndin digər tanımışları:
Ağacanov Həsanağa İzzət oğlu
1950-ci illərin sonunda Masallıda keçirilən musiqi festivalında xanəndəlik üzrə qalib olmuşdur. Moskvada keçiriləcək festivala vəsiqə qazanmışdır.
Abbasov Qəribəli Zaman oğlu
1950-ci illərin sonunda Masallıda keçirilən musiqi festivalında zurna-balaban üzrə qalib olmuşdur. Moskvada keçiriləcək festivala vəsiqə qazanmışdır.
Şahbazov Tofiq (Tofiq İlham) Eynəli oğlu, şair
1941-ci ildə Masallı rayonun Qızılavar kəndində anadan olmuşdur. 9 yaşında 1-ci sinfə getmiş, 4-cü sinifdə oxuyarkən gözlərinin işığını itirmişdir. 1963-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1968-ci ildə Universiteti bitirdikdən sonra Qızılavar kəndimdə müəllim işləmişdir. 14-15 yaşlarından yaradıcılığa başlamışdır. Şerlərini talış və Azərbaycan dillərində yazmışdır. O “Kafte”, “Qizil gül”, “İki xoruz”, “Kərbəladan gələn səslər”, “Kitabların anası”, “Xəzinələrin açarı”, “Əz toloşim” kitablarının müəllifidir. Tofiq İlham 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. 1999-cu ildə vəfat etmişdir.
Ağayev Xanəli (Xanəli Tolış) Şirəli oğlu, şair
1940-cı ildə Masallı rayonun Qızılavar kəndində anadan olmuşdur. 1958-ci ildə Bədəlan kənd orta məktəbini bitirmiş. 1969-cu ildə Bakı Dövlət Universitetininin tarix fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 1961- ci ildə Qızılavar kənd səkkizillik məktəbində pedaqoji fəaliyyətə başlamış, 2011-ci ildə pedaqoji fəaliyyətini başa vurmuşdur. O cümlədən 3 il hərbi xidmətdə olmuş və 25 il məktəb direktoru işləmişdir. Bədii yaradıcılığa 1956-cı ildən başlayıb. Xanəli Tolışın 5 kitabı şap olunmuşdur. “Qaranquş yuvası”, “Vənəşə”, “Şinə çay”, “Kərbəla karivanı”, “Bağışla”. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ağayev Camal (Camal Lələ oğlu) Şirəli oğlu, şair
1952-ci ildə Masallı rayonun Qızılavar kəndində anadan olmuşdur. 1957-1968-ci illərdə Qızılavar, 1968-1969-cu illərdə Bədəlan kənd orta məktəblərində oxumuşdır. 1969-1974-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1974-1975-ci illərdə Neftçala rayonun Qədimkənd orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. 1975-1984-cü illərdə Masallı rayonun Qızılavar kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. Hal-hazırda E.Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbində dil-ədəbiyyat müəllimi işləyir. Onun aşaöıdakı kitabları çap olunub: “Eşqim, Taleyim”, “Oşumi zanq eğandə”, “Ucalıq”, “Öəzəlon”, “De lələ söhbət”, “Yaşajır Nizami həqiqətləri”, “Bəştə yurdi soyb beşəmon”, “Çəmə di əhvoloton”, “Bayramlı, yaşlı dünya”.
- Ana səhifə
- Mədəniyyət və İncəsənət
- Turizm
- Təhsil
- Səhiyyə
- İdman
- Qalereya
Bölmə: : ---Baxış: 616TARİX :26-08-2018, 19:20- Şəhid ailələri bir məkanda -“Halal süfrədə”
- Masallıda uşaq bağçası intibahı doğrudanmı reallaşır?
- Masallı dəyərli sənətkarını itirdi
- Masallı. Mahmudavardakı “Xan Evi”
- Masallı Kolleci öz şəhidlərini unutmur
- Masallı rayonunda hansı istirahət mərkəzləri var?
- “Masallida.az” saytının adminliyin Faiq Hüseynzadəyə etibar etdik
- “Masallılar.az” saytı Masallida.az oldu, yaxud bu sayt “işğaldan” sonra
- Arzu Bağırova - Niyə bu ad və soyadı eşidəndə hamının cöhrəsində xoş duyğular oyanır?
- Masallının “Halay”ı – 60-dan artıq yaşı olan bu kollektiv haqqında bu vaxta qədər bilmədikləriniz
- Masallıda “Qəhrəmanlar kompleksi” inşa edilir
- Masallı. Bədəlanlı Mehdi Rzayev yenə ABŞ-da keçirilən müsabiqədə qalib oldu
- Masallının 130 yaşlı hamamı, Seybətində Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Xan Şuşinskinin iştirak etdiyi 7 günlük toy
- Masallı idmançısı karate idman növü üzrə Dünya üçüncüsü oldu
- Masallı rayonda demoqrafik vəziyyət
- Masallıda tapılan xaç işarəli qəribə daşların sirri açıldı
- Masallı idmançısının daha bir uğuru
- Masallıdan olan tələbələr Prezident təqaüdünə layiq görülüblər
- Turistlər Masallının İsti su turizm və istirahət mərkəzində
- Masallı sərbəst güləşçisi bürünc medal qazandı
1/5- 113 il əvvəl indiki Masallı rayounu ərazisində nə qədər əhali yaşayıb?
- Masallı təhsilinin tarixindən
- Masallı Birinci Dünya müharibəsi illərində
- Masallı ərazisində son 180 ildə olan idarəçilik
- 3-cü hissə. Masallının sabiq rəhbəri öz kəndi haqqında-Masallının 124 yaşlı ilk təhsil ocağı, məktəb yataqxanası, N. Nərimanovun və Qori müəllimlər seminariysı məzununun Qızılağaca gəlişi, qızılıağaclı şair Nəccar
- 2-ci yazı. Masallının sabiq rəhbəri öz kəndi haqqında – tarixi abidələr, hamam, qonaq evi, liman, balıq vətəgələri
- (1-ci yazı) Masallının sabiq rəhbəri öz kəndi haqqında -2000 il əvvəl şəhər olmuş bu günkü Qızılağac kəndi
- Qədim Masallı - 2-ci yazı
- Qədim Masallı (1-ci yazı) Bölgəmiz eramızın əvvəlindən Səfəvilər dövrünə qədər
- Masallı körpüləri
1 2 - Qalereya
- Ana Səhifə
- |
- Reklam
- |
- Haqqımızda/Əlaqə
- |